28 iyun 2013 20:17
“Bakıda 1:0 hesabıyla qalib gəlməyimiz fantastik olardı”
Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter”ə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim üçün səfərdə vurulacaq qol qızıla bərabər olacaq. Buna görə də biz səfərdə bu komandaya qol vurmağa çalışacağıq. 1:0 fantastik nəticə olardı. Amma “İnter” də hücum edəcək. Heç bir komanda ev oyununu qolsuz başa vurmaq istəməz. Bizim üçün səfərdə qolsuz heç-heçə də sərfəli olmayacaq. Çünki bu mövsüm müdafiədə o qədər də inamlı təsir bağışlamırıq”.