28 iyun 2013 23:05
Xəzər Lənkəranın oyunçusu zədələndi
“Xəzər Lənkəran”ın yeni transferi Zohair Benuahi zədələnib. Azerisport.az xəbər verir ki, o, Almaniyanın “İnqolştadt” klubu ilə bu gün baş tutan yoxlama matçında sıradan çıxıb.
Nəticədə, 6:1 hesabı ilə başa çatan görüşdə dubla imza atan Benuahi matçı erkən tərk etmək məcburiyyətində qalıb. O, əvəzlənməsini özü istəyib ki, Avropa Liqasının startı ərəfəsində vəziyyətini daha da ağırlaşdırmasın.
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da dərhal ona yaxınlaşıb, vəziyyəti ilə maraqlanıb. Hələlik futbolçunun durumuun nə dərəcədə ağır olduğu bəlli deyil.
