28 iyun 2013 11:58
Xəzər Lənkərana belçikalı, İnterə şimali irlandiyalı
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Sliema” (Malta) və “Mariehamn” (Finlandiya) – “İnter” matçlarının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA “Xəzər Lənkəran”ın oyununa belçikalı, “İnter”in matçına isə şimali irlandiyalı hakim göndərir.
Belə ki, Lənkəranda keçiriləcək görüşdə ədaləti Vim Smet qoruyacaq. “Bankirlər”in Finlandiyadakı görüşündə isə Mervin Smit fit çalacaq.
Qeyd edək ki, hər iki oyun iyulun 11-də keçiriləcək.
