29 iyun 2013 00:01
Con Toşak darmadağından danışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Almaniyanın “İnqolştadt” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis 6:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Bu, bizim avrokuboklar ərəfəsində ilk yoxlama oyunumuz idi. Rəqib Almaniya klubu idi və bizə xeyli çətinliklər yaratdı. Amma vurduğumuz ilk iki qoldan sonra “Xəzər Lənkəran”ın futbolçularında qələbəyə inam yarandı. Bundan sonra onlar öz oyunlarını göstərməyə başladılar. Yeni transferlərimiz də öz səviyyələrini göstərdilər. Vurulan qollardan üçünə də məhz Junior Nildo ilə Zohair Benuahi imza atdı”.