29 iyun 2013 00:12
Toni Adams: Ermənistan ilə münaqişə üzündən hər on azərbaycanlıdan biri evsiz qalıb
“Qəbələ”nin prezidenti Tale Heydərovun məsləhətçisi, bu komandanın sabiq baş məşqçisi olan ingiltərəli Toni Adams Londonun “Arsenal” klubunun veteranları ilə dünyanın müxtəlif ölkələrinin qaçqın və köçkünlərindən ibarət komandalar arasında təşkil olunmuş yoldaşlıq oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı danışarkən azərbaycanlı qaçqınlardan xüsusi bəhs edib:
“Bir neçə il öncə Azərbaycanla Ermənistan arasında hərbi münaqişə baş verib. Nəticədə hər on azərbaycanlıdan biri hazırda evsiz-eşiksiz qalıb. “Qəbələ”nin bazasının yaxınlığında qaçqınlar üçün xüsusi şəhərcik salınmışdı. Ona görə bu qaçqınların durumunu çox yaxşı bilirəm. Qaçqınlar arasında belə bir yoldaşlıq matçının keçirilməsi barədə təklif alanda, bunu təşkil etməəkdən başqa nəsə düşünə bilmədim. Əgər onlar bundan sonra da belə görüşlərin təşkilini istəsələr, belə təkliflərə həmişə açığam”.
Qeyd edək ki, “Arsenal”ın veteranları ilə müxtəlif ölkələrin qaçqınlarından ibarət dünya yığması arasındakı görüşdə bərabərlik qolunun müəllifi məhz azərbaycanlı futbolçu Vurğun Həsənzadə olmuşdu. Qaçqınlardan ibarət yığmanı meydana “Arsenal”, “Birmingham” və “Bolton” klublarının sabiq oyunçusu Fabris Muamba çıxarmışdı. İngiltərə yığmasının 25 yaşlı sabiq xavbeki ötən il İngiltərə çempionatının “Tottenham”lə oyununda ürək tutması nəticəsində böyük futboldan uzaqlaşmaq məcburiyyətində qalmışdı. Muambanın özü də Konqo Demokratik Respublikasından qaçqın hesab olunur.