29 iyun 2013 00:06
Con Toşak PFL-i toplara görə tənqid etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan Premyer Liqasında istifadə olunan toplardan narazılığını dilə gətirib. Azerisport.az saytına müsahibəsində uelsli mütəxəssis bunları dilə gətirib:
“Ötən mövsüm biz bəzi oyunlarda topla yox, şarla oynayırdıq. Peşəkar Futbol Liqası çempionatın hər bir oyununa yeni toplar verməlidi. Fikrimcə, bütün klublar yeni mövsümdən rəsmi oyunların hər birinə yeni toplar tələb etməlidilər. Futbolla məşğul olan insanlar bunu normal qəbul etməlidilər”.