29 iyun 2013 00:17
Xəzər Lənkəran Sliema ilə oyundan sonra Maltada qala bilər
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” birinci təsnifat mərhələsindəki rəqibi “Sliema” ilə səfər oyunundan sonra Maltada qala bilər. Azerisport.az xəbər verir ki, bunu baş məşqçi Con Toşak istəyir.
Belə ki, o, sözügedən ölkədə komandasını yoxlama oyununda da sınaqdan keçirmək istəyir. Cənublular Azərbaycana yalnız ondan sonra qayıda bilərlər.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” oyunu iyulun 2-də keçiriləcək. Cavab görüşü isə ayın 11-də olacaq ki, uelsli mütəxəssis fasilənin çox olmasından maksimum yararlanmaq istəyir. Çünki “Sliema” ilə ilk görüş UEFA tərəfindən iki gün irəli çəkildiyindən, “Xəzər Lənkəran” Almaniyada planlaşdırdığı digər sınaq matçından imtina etmək məcburiyyətində qalmışdı.
