28 iyun 2013 12:14

Yuri Syomin: Ümid edirəm ki, Azərbaycan klublarının hamısı ilk mərhələni keçəcək

"Qəbələ”nin yeni baş məşqçisi Yuri Syominin azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ”də işləmək necədi?
- İlk növbədə məşq etdiyimiz bazanı qeyd etmək istərdim. Bura çox möhtəşəmdi. Bu baza bizə yaxşı məşqlər keçməyə imkan yaradır. Yeganə çatışmazlıq sınaq matçları keçirmək üçün rəqibin olmamasıdı. Öz aramızda oynamalı oluruq. Bu üzdən də hazırlıq oyunlarını Türkiyə və Avstriyada həyata keçirməli olacağıq.
 
- Bəs futbolçular barədə ilkin təəssüratlarınız necədi?
- Komanda demək olar ki, tam heyətlə toplaşıb. Viktor Mendinin zədəsi var idi. Artıq o da ümumi məşqlərə qoşulmağa başlayıb.
 
- Yerli futbolçuların səviyyəsi sizi qane edir?
- Bunu oyunlar göstərəcək. İstedadlı oyunçular az deyil. Onları inkişaf etdirmək lazımdı. Ümumiyyətlə, komanda ilə çox işləmək lazımdı.
 
- Rusiya və Azərbaycan mətbuatında sizin guya “Qəbələ”yə gətirəcəyiniz oyunçularla bağlı çoxsaylı xəbərlər dolaşır...
- Kimi istəyiriksə, onlara dəvət göndərəcəyik. Şayiələr isə həmişə olur.
 
- “Qəbələ” toplanış müddətində neçə yoxlama oyunu keçirəcək?
- Türkiyədə dörd, Avstriyada üç oyun keçirəcəyik.
 
- Türkiyədə yerli “Trabzonspor”la, Zaporojye “Metallurg”u ilə qarşılaşacaqsız...
- Düzünü desəm, mən rəqiblərin adlarına o qədər də fikir vermirəm. Bununla klubun menecerləri məşğul olurlar. Orda hazırlıq keçəcək komandalarla razılaşıblar, biz də oynamalıyıq.
 
- Demək olar ki, artıq komandanızı formalaşdırmısız?
- Bəli. Dəvət etdiyimiz futbolçuların hamısı demək olar ki, hazırlıqlıdılar. Yalnız Omar Kalabane Qvineya yığmasındakı çıxışına görə indiki hazırlıqda iştirak etmir. O, birbaşa Türkiyə toplanışına qoşulacaq.
 
- Mövsümün startına qədər favoritlərlə mübarizəyə hazır olan komanda yarada biləcəksiz?
- Biz də buna çalışırıq və əlimizdən gələni edirik ki, yüksək yerlər uğrunda mübarizə apara biləcək komanda yaradaq.
 
- “Xəzər Lənkəran” elə təəssürat yaradır ki, yeni baş məşqçisi Con Toşak üçün Avropa Liqasında çıxış problem yarada bilər. Çünki tezliklə avrokuboklar başladığından, komandanın hazırlıq üçün çox az vaxtı qalır. Amma yəqin ki, “Qəbələ”nin avrokuboklarda iştirak etməməsi sizin bu baxımdan işinizi yüngülləşdirir...
- Xeyr. Əksinə, mən də komandamın avrokuboklarda iştirakını istərdim. Bu, komandanın oyunlara daha ciddi motivasiya ilə çıxmasına şərait yaradır. Bu, bizə daha çox kömək edərdi.
 
- Yeni mövsümdə əsas rəqibləriniz olacaq “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın avrokuboklardakı taleyi ilə maraqlanırsız?
- Təbii ki. Çünki onlar bizim gələcək rəqiblərimizdilər. Amma onlardan da çox öz oyunumuza diqqət ayırırıq.
 
- Sizcə, klublarımızın Avropadakı şansları nə dərəcədə yüksəkdi?
- Hər birinə fərqli rəqiblər qismət olub. Hərəsinin də fərqli şansları var. Amma ümid edirəm ki, onların hamısı ilk təsnifat mərhələsini keçməyi bacaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.