29 iyun 2013 00:28
Con Toşak: İstəyirəm ki, Xəzər Lənkərana Avropada hörmətlə yanaşsınlar
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın azerisport.az saytına müsahibəsi
- Almaniyanın “İnqolştadt” klubu ilə oyundan razı qaldınız?
- Bu, bizim avrokuboklar ərəfəsindəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyunumuz idi. Rəqib Almaniya klubu idi və bizə xeyli çətinliklər yaratdı. Amma vurduğumuz ilk iki qoldan sonra “Xəzər Lənkəran”ın futbolçularında qələbəyə inam yarandı. Bundan sonra onlar öz oyunlarını göstərməyə başladılar. Yeni transferlərimiz də öz səviyyələrini göstərdilər. Vurulan qollardan üçünə də məhz Junior Nildo ilə Zohair Benuahi imza atdı. Bütövlükdə, sərgilənən oyundan razıyam. Son mövsümü mayın axırında başa vurduq, yeni mövsümə isə avrokuboklara görə daha tez başlamalı olduq. Bu üzdən istirahət və hazırlıq üçün vaxtımız az oldu. Həm də heyətdə bir neçə yeni futbolçu var. Onlara uyğunlaşmaq üçün vaxt lazımdı. Bütün nüansları nəzərə alsaq, qənaətbəxş təsir bağışladıq.

- Benuahi və Nildo artıq ümidləri doğrultmağa başlayır?
- Bu oyunçular son mövsümdə bizdə həqiqətən çatışmırdı. Yaxşı ki, indi onlar bizimlədilər.

- Komanda “Sliema” ilə görüşə qədər hazır olacaq?
- Yüz faiz hazır olacağımızı düşünmürəm. Amma rəqibin də tam hazır olmayacağı inandırıcıdı. Maltalılar da ilk oyunlarını iki gün öncə keçirdilər. Fikrimcə, oxşar durumdayıq.

- Maltadakı oyunda da məhz bu gün meydana buraxdığınız start heyətini gözləmək olar?
- Söyləmək çətindi. Bu suala cavab verə bilmərəm. Bildiyim qədərilə süni örtüklü meydançada oynayacağıq. Bu, müəyyən qədər təsirini göstərə bilər.

- “Sliema”, sonra da Hayfa “Maccabi”si: püşk haqda nə deyə bilərsiz?
- “Sliema” artıq neçə ildi avrokuboklarda çıxış edir. Avropada bu komandanı tanıyırlar. Əgər bu komandanı keçsək, “Maccabi” ilə oynayacağıq. Amma biz indidən bu komanda ilə oyunu düşünə bilmərik. Hər şeyə mərhələ-mərhələ nail olmaq lazımdı. Həm də “Xəzər Lənkəran”a daha iki oyunçu lazım olduğunu düşünürəm.

- Hansı mövqeyə?
- Hücum planında daha da güclənməliyik. Ağabala Ramazanov hərbi xidmətdən iyulda qayıdacaq. Amma komandaya yenə də bir hücumçu lazımdı.

- Britaniyadan futbolçu gətirməyiniz mümkündü?
- Ordan Azərbaycana futbolçu gətirmək asan deyil. Bildiyim və hörmət etdiyim futbolçular tamamilə fərqli səviyyədədilər. Onlar üçün indiki klublarını Azərbaycana dəyişmək çox çətindi. Amma istənilən halda biz transfer məsələləri ilə məşğul oluruq və lazım olan oyunçunu alacağımıza inanıram.

- Azərbaycanlı azarkeşlər avrokuboklara xüsusi önəm verirlər. Təzyiq hiss etmirsiz?
- Düzünü desəm, yox. Mən uzun müddətdi futboldayam. Bizim hədəfimiz ondan ibarətdi ki, azarkeşlərimiz özlərini yaxşı hiss etsinlər. Mövsüm uzun bir marafondu və o, yalnız avrokuboklarla məhdudlaşmır.

- Con Toşakın yeni mövsüm üçün hədəfləri necədi?
- Mən “Xəzər Lənkəran” üçün yaxşı nəsə etməyə yenicə başlamışam. İstəyirəm ki, bu komandaya Avropada hörmət etsinlər. Qoy “Xəzər Lənkəran”dan Avropada danışsınlar. Axı bu klub təkcə özünü yox, həm də Azərbaycan futbolunu təmsil edir.

- “Xəzər Lənkəran”ın bundan sonrakı qrafiki necə olacaq?
- Təəssüf ki, UEFA bizə qarşı düzgün hərəkət etmədi və oyunumuzun vaxtını iki gün önə çəkdi. Bu üzdən hazırlıq üçün çox az vaxtımız oldu. Amma “Sliema” ilə oyundan sonra Maltada qalıb, daha bir oyun keçirməyimiz mümkündü. Bu variantın baş tutmasına çalışacağıq.