28 iyun 2013 12:53

Anjinin futbolçusu: İnter çox sərt, hətta bəzən kobud oynayırdı

Rusiyanın “Anji” klubunun müdafiəçisi Əli Hacıbəyov Azərbacyan “İnter”inə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra klub saytına açıqlamasında bunları söyləyib:

“Yaxşı oynadıq, qələbə qazandıq. Uşaqların hamısı var güclərini qoydular. Çətin oyun oldu. Çünki bütün rəqiblər “Anji”yə qarşı tam gücləri ilə mübarizə aparırlar. Elə bu oyunda da elə oldu. Rəqib çox sərt, hətta bəzən kobud oynayırdı. Amma biz bütün bunları bilirdik və buna hazır idik. Hədəfimiz çempionata yaxşı hazırlaşmaqdı”.
 
Oyundan öncə Hacıbəyov “İnter”in müdafiəçisi Arif Daşdəmirovla görüşüb, onunla söhbətləşib. “Anji”nin saytı bu məqamı da diqqətdən kənarda saxlamayıb: “Biz çox yaxşı tanışıq. Uşaq futbol məktəbində bir yerdə böyümüşük. Oyun öncəsi bir az söhbət etdik. Düzdü, bizə bir komandada oynamaq qismət olmadı. Heç bu oyunda da bir-birimizə qarşı oynaya bilmədik. Elə alındı ki, o, birinci, mən ikinci hissədə oynadım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.