28 iyun 2013 13:10
“Klublarımızdan avrokuboklarda qələbə gözləyirəm”
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanı avrokuboklarda təmsil edəcək klublarımızın şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bu gün verdiyi açıqlamada bunları dilə gətirib:
“Mən inanıram ki, onların hamısı ilk mərhələni keçə biləcəklər. Əsas rəqiblərə ciddi yanaşmaqdı. Biz heç bir sürpriz görmək istəmirik. Onsuz da bu, futbolda kifayət qədər olur. Qoy komandalarımız rəqiblərin adlarına, reytinqlərinə fikir verməsinlər. Onların hamısından yalnız qələbə gözləyirəm. Həmçinin bu il də klublarımızdan hansınınsa qrup mərhələsinə çıxmasını gözləyirəm”.