28 iyun 2013 14:11
Skenderbeu da Neftçinin aqibəti ilə üzləşdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu hücumçusu Pero Peyiçlə yollarını ayırmaq məcburəyyətində qalıb. Azerisport.az xəbər verir ki, 30 yaşlı xorvatiyalı hücumçu komandadan getməyə qərar verib.
O, Çin klubundan aldığı sərfəli təklifi müsbət dəyərləndirib. Komandanın son mövsümdə bombardiri olmuş forvardın yaxın günlərdə yeni klubu ilə müqavilə imlzaması gözlənilir.
Maraq üçün bildirək ki, “Neftçi” də son mövsümdəki bombardirini – Nikolas Kanalesi komandada saxlaya bilmədi.
