28 iyun 2013 14:34
“Elhad Nəzirinin Petroluldakı taleyinə gələn həftə aydınlıq gələcək”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin Rumıniyanın “Petrolul” klubundakı aqibətinə yaxın günlərdə aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmilərindən Dan Kapra məlumat verib.
O, Rumıniya mətbuatına açıqlamasında həmyerlimizlə bağlı bunları söyləyib: “Böyük ehtimalla həm Elhadın, həm də digər bir neçə futbolçunun komandada qalıb-qalmayacağına növbəti həftə qərar veriləcək”.
Qeyd edək ki, ötən mövsüm “Petrolul”da özünü göstərə bilməyən Elhadın bu komandadan ayrılacağı barədə xəbərlər gündəmdən düşmür. Onun viza problemi üzündən komandanın Sloveniya toplanışına gec qoşulması da bu klubda qalmaq ehtimalını aşağı salan amillərdən ola bilər.
