28 iyun 2013 14:56
Neftçi holland hücumçu ilə razılığa gəldi (FOTO)
Azərbaycan çempionu “Neftçi” növbəti transferini reallaşdırmaq üzrədi. Azerisport.az xəbər verir ki, hələlik yalnız Karlos Kardosonu heyətinə qatan paytaxt klubu hollandiyalı Melvin Platye ilə müqavilə bağlamağa yaxındı.
Artıq Hollandiyanın “Nijmegen” klubu və holland forvardın özü ilə anlaşma əldə olunub. Bəzi xırdalıqlar qalıb ki, onlar da razılaşdırılandan sonra müqavilə imzalanacaq. Futbolçu tibbi müayinədən keçəndən sonra, “Neftçi” transferi açıqlayacaq.
Qeyd edək ki, Platye 2007-2011-ci illərdə “Volendam”da çıxış edib və 104 oyunda 48 qol vurub. 2011-ci ildə “Nijmegen”ə transfer olunan forvarda 63 oyunda 13 qola imza atıb.
