28 iyun 2013 15:57
Land of Fire Azerbaijan ən maraqlı yeddi reklamdan biri oldu
İspaniyanın “Atletico” (Madrid) klubunun formalarındakı “Land of Fire Azerbaijan” reklamı ən maraqlı yeddi futbol reklamı arasında yer alıb. Azerisport.az xəbər verir ki, ölkəmizlə bağlı bu turistik reklam Rusiyanın “sportdialog.ru” saytı tərəfindən fərqləndirilib.
Siyahıda Siyahıda həmçinin Andrey Şevçenkonun iştirakı ilə çəkilən Çin şirkətinin samokat reklamı, “Şaxtyor”lu futbolçuların çəkildiyi Rinat Axmetova məxsus AZS yanacaqdolma məntəqələri şəbəkəsinin reklamı, Yunanıstanın “Paliopirqos” klubunun dəfnetmə agentliyinin reklamı, türkiyəli futbolçu Erkut Ergillgurun çəkildiyi reklam, Yunanıstanın “Vokefalas” klubunun çəkildiyi reklam, o cümlədən Aleksandr Əliyev, Sergey Semak, Andrey Tixonov, Sergey İqnaşeviç və CSKA-nın baş məşqçisi Leonid Slutskinin iştirakı ilə hazırlanan “Kitab oxu” adlı aksiyanın reklamı yer alıb.
