28 iyun 2013 16:29
Nijmegen Melvin Platyenin Neftçiyə keçidini rəsmən açıqladı
Hollandiyanın “Nijmegen” klubu Melvin Platyenin “Neftçi”yə transferini təsdiqləyib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Klubun açıqlamasında bildirilir ki, Platyenin “Neftçi”yə keçidi barədə razılıq əldə olunub. Həmçinin qeyd olunub ki, forvard bu gün Azərbaycan klubunun düşərgəsinə yollanıb və müqavilə tibbi müayinədən sonra imzalanacaq.
