28 iyun 2013 16:51
Neftçi - Skenderbeu matçının günü və saatı məlum oldu
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” komandası ilə keçirəcəyi ilk görüşün günü və başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma iyulun 17-də keçiriləcək.
Oyun “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
Qeyd edək ki, cavab görüşü iyulun 23-də Albaniyanın Korça şəhərindəki “Skenderbeu” stadionunda keçiriləcək.
