28 iyun 2013 17:13
MY məşqçilərinin azərbaycanlı uşaqlar üçün təşkil olunan toplanışı başa çatdı (FOTOLAR)
Bu gün "Bakcell Arena"da AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə "Mançester Yunayted" Yay Futbol Məktəbinin Azərbaycanda təşkil olunmuş təlim-məşq toplanışına həsr edilmiş mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova, "Mançester Yunayted" klubunun sabiq futbolçusu Denis İrvin, təlim-məşq toplanışına cəlb olunmuş Tamerlan Rizvanovun atası Elşən Rizvanov və qızlardan ibarət "Mingəçevir" komandasının baş məşqçisi İlqar Hüseynov iştirak edib (toplanışda olan 32 uşaqdan biri qızdı və o - Mirzəliyeva Nigar "Mingəçevir" komandasının üzvüdü).
Tədbir iştirakçıları layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və bu toplanışda iştirak edən uşaqların gələcəkdə Azərbaycan futbolunun inkişafına böyük töhfə verəcəyinə ümid etdiklərini bildiriblər. Sizi bu gün baş tutan son məşq prosesindən və sözügedən mətbuat konfransından hazırlanmış fotoreportajla tanış edirik.
