29 iyun 2013 18:35

Rəvanın yeniləri məşqlərə başladılar

“Rəvan” yeni “futbol ili”nə hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar” sabah AZAL-la yoldaşlıq görüşündə qüvvəsini sınayacağından bu gün məşq yüngül olub.
 
Buna həm də komandanın dünən fiziki cəhətdən tam yüklənməsi də təsir edib. Belə ki, “Rəvan” dünən axşam məşqini trenajor zalında keçirmişdi. Dünənki səhər çalışmasında isə ikitərəfli oyuna da vaxt ayrılıb. Bir sözlə, baş məşqçi Ramil Əliyev ilk hazırlıq matçı ərəfəsində yetirmələrini çox yormaq istəməyib.
 
Yeri gəlmişkən, şərti olaraq, “qırmızılar” və “yaşıllar”ın mübarizə apardığı ikitərəfli oyunda birincilər 1:0 hesabı ilə qalib gəlib və yeganə qolu debütant Ceyhun Cavadov başla vurub. Başqa sözlə, Ceyhun artıq “Rəvan”da qol hesabını açıb.
 
Bugünkü məşqə gəlincə, təxminən saatyarım davam edən hazırlıq toplu çalışmalar üzərində qurulub. Baş məşqçi yeni transferlərə və düşərgəyə baxışa gələn futbolçulara komandanın oyun fəlsəfəsini aşılayıb. “Kvadratlar”, təktoxunuşlu ötürmələr, qapıya zərbələr və s. kimi komponentlərin yer aldığı hazırlıqda düşərgəyə baxışa gələn daha 2 oyunçu da iştirak edib. Söhbət argentinalı pleymeyker Matias Kordoba və sloveniyalı mərkəz müdafiəçisi Denis Haliloviçdən gedir. Hər iki futbolçu ilk dəfə komanda ilə birgə “Bayıl Arena”nın qazonuna ayaq basıb. Məşq zamanı yenilərin xüsusi fəallıq göstərdiyi sezilib. Kordoba və Haliloviç daha öncə düşərgəyə təşrif buyuran Yovan Vidoviçlə Aleksandr Yatsenkodan geri qalmamağa çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.