29 iyun 2013 19:23
Xəzər Lənkəranın forvardı: Qarabağa keçə bilərdim
“Xəzər Lənkəran”ın yeni hücumçusu Junior Nildo karyerasını “Qarabağ”da davam etdirə bilərmiş. Azerisport.az saytına müsahibəsində AZAL-ın sabiq forvardı bunu özü etiraf edib:
“Qarabağ”ın məni heyətinə qatmaq istədiyini bilirdim. Digər klubların bir futbolçuyla maraqlanması sevindirici məqamdı. Amma mən AZAL-ı yarıyolda qoymaq istəmirdim. Çünki keçmiş klubumun hələ avrokuboklara düşmək şansı qalırdı. Bəlkə də klublar öz aralarında razılığa gələ bilsəydilər, “Qarabağ”a keçərdim. Lakin bu, alınmadı”.