30 iyun 2013 00:06
Xəzər Lənkəran Maltada 7 gün qalacaq
Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın “Sliema” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gecə Almaniyadan birbaşa sözügedən ölkəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, iyulun 2-də bu rəqibi ilə ilk oyuna çıxacaq cənublular oyundan sonra da Maltada qalacaq.
Bütövlükdə, Con Toşak komandasını düz yeddi gün bu ölkədə saxlamağa qərar verib. Burda “Xəzər Lənkəran”ın bir yoxlama görüşü keçirməsini də istəyən uelsli çalışdırıcı iyulun 7-nə qədər yetirmələrini Maltada hazırlaşdıracaq. Həmin gün isə komanda çarter reysi ilə vətənə dönəcək.
