30 iyun 2013 00:12
Elhad Nəziri Petrolulda növbəti oyuna çıxdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz komandasının Sloveniya toplanışı çərçivəsində yerli “Maribor”la sınaq matçının iştirakçısı olub.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Hesabı 35-ci dəqiqədə penalti sayəsində sloveniyalılar açsa da, “Petrolul” da 62-ci dəqiqədə məhz 11 metrlik cərimə zərbəsindən cavab qolunu vurmağı bacarıb.
Elhad meydana fasilədən sonra çıxıb və matçın sonuna qədər mübarizə aparıb.
