30 iyun 2013 00:33
Neftçinin rəqibi Avstriya klubu ilə sülh bağladı
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Albaniya çempionu toplanış çərçivəsindəki dördüncü yoxlama oyununda yerli “Wacker Innsbruck” klubu ilə qarşılaşıb.
Qarşılaşma sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, “Skenderbeu” bundan öncə Rusiyanın “Terek” və “Volqa” klublarına eyni hesabla uduzmuşdu - 0:2. Ukraynanın “Şaxtyor” klubu ilə görüş isə albanların 0:7 hesablı darmadağını ilə başa çatmışdı.
