30 iyun 2013 19:55
Simurq Spartaka uduzdu (YENİLƏNİB)
İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" növbəti mövsümə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində ilk sınaq matçına çıxıb.
Georgi Çixradzenin yetirmələri ilk rəqibi "Spartak” (Nalçik, Rusiya) olub. Oyun rusların minimal hesablı qələbəsi ilə başa çatıb.
Yoxlama oyunu
30 iyun
Simurq – Spartak - 0:1 (0:0)
69-cu dəqiqədə "Spartak" hesabı açır - 0:1
