30 iyun 2013 01:08
Elhad Nəziri Petrolulla növbəti mövsümə hazırlaşır (FOTO, VİDEO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubu ilə növbəti mövsümə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, yerli “Maribor”la yoxlama oyunu keçirən həmyerlimizin komandası Sloveniyada gündəlik məşqlərinə ara vermir. Hazırlıqlarda yığmamızın üzvü də fəal iştirak edir.
