29 iyun 2013 12:48
Neftçinin rəqibi West Hamin sabiq hücumçusunu alır
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın “Skenderbeu” klubu yeni hücumçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, son mövsümdə bombardir olmuş aparıcı hücumçusu Pero Peyiçi itirən bu klub hazırda üç forvardla danışıqlar aparır.
Bunlar İngiltərənin “West Ham” klubunun sabiq oyunçusu, türk əsilli irlandiyalı Billi Mehmet, argentinalı Nestor Martinen, eləcə də xorvatiyalı Ante Mirtoviçdi. Onlardan biri ən yaxın günlərdə “Skenderbeu” ilə müqavilə imzalaya bilər.
