29 iyun 2013 13:02
Zohair Benuahi: Sliemanı keçək, sonra Maccabi haqda düşünərik
“Xəzər Lənkəran”ın yeni transferi Zohair Benuahinin azerisport.az saytına müsahibəsi
- Almaniyanın “İnqolştadt” klubu ilə yoxlama oyunu barədə nə deyə bilərsiz?
- Fikrimcə, yaxşı oynadıq. Böyük hesabla qalib gəldik. 6:1 hesablı qələbə bizim Malta səfəri öncəsi yalnız daha yaxşı motivasiyalı olmağımıza imkan yarada bilər. Bu oyun yeni futbolçular üçün də faydalı oldu. Məsələn, mənə hələ də vaxt lazımdı ki, komandaya tam uyğunlaşa bilim. Yaxşı ki, bu oyunda “Xəzər Lənkəran”dakı qol hesabımı da aça bildim.

- Yəqin ki, bundan gözəl başlanğıc ola bilməz?
- Mən çox şadam ki, debüt matçımda fərqlənməyə nail oldum. Hətta yoldaşlıq oyununda da olsa belə. Lakin ən əsası komandanın uğurudu. Meydana 11 nəfərlə çıxsaq da, hədəfimiz eyni olur – qələbə qazanmaq. Mən qol vursam da, bunda komanda yoldaşlarımın da köməyi böyük rol oynadı.

- Oyundan sonra baş məşqçi Con Toşak da sizin oyununuzu diqqətdən kənarda qoymadı...
- O, futbolu çox yaxşı bilir. Çox şadam ki, belə bir mütəxəssis mənim oyunum haqda xoş sözlər söyləyir. Toşak bizim üçün təkcə baş məşqçi yox, həm də yaxın dostdu. O, bizim hər işimizlə maraqlanır, soruşur, nəyəsə ehtiyacımızın olub-olmadığını bilmək istəyir.
- Uğurlu oyuna rəğmən, siz meydanı zədə üzündən erkən tərk etməli oldunuz. İndi özünüzü necə hiss edirsiz?
- Rəqiblə toqquşdum. Ağrı hiss etsəm də, oyuna qayıtmaq istəyirdim. Lakin Toşak və komandanın həkimləri məni fikrimdən daşındırdılar. Çünki qarşıdakı vacib oyun öncəsi sağlığımla risk etmək istəmədilər.

- Yəni Maltada meydana çıxa biləcəksiz?
- Bəli, ümid edirəm ki, hər şey qaydasında olacaq.
- Yeri gəlmişkən, Malta “Sliema”sı ilə oyunlardan nə gözləyirsiz?
- Mən bu komanda barədə heç nə bilmirəm. Bu, mənə maraqlı da deyil. Əsas komandamız, öz oyunumuzdu. Hər şey bizim özümüzün necə oynayacağımızdan asılıdı. Bu komandanı məğlub etmək üçün öz oyunumuzu sərgiləməliyik.

- “Xəzər Lənkəran” Hayfa “Maccabi”sini də keçə bilər?
- İsrail klubu yaxşı futbolçulardan təşkil olunmuş yaxşı komandadı. Onların bəlli səviyyəsi var. Amma öncə “Sliema”nı keçək, sonrasına baxarıq (gülür).