29 iyun 2013 14:23
Xəzər Lənkəran Maltada iki məşqə çıxacaq
Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində “Sliema” ilə oyuna görə bu gecə Maltaya yola düşəcək “Xəzər Lənkəran”ın bu ölkədəki hazırlıq proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, cənub klubu Maltada Avroliqanın ilk oyununa qədər komandasını iki məşqə çıxarmağı planlaşdırır.
Bunlardan biri oyunun keçiriləcəyi arenada olacaq.
Uelsli mütəxəssis həmçinin komandasını yoxlama matçında da sınamaq istəyir. Mümkündü ki, “Xəzər Lənkəran” “Sliema” ilə oyundan sonra bu ölkədə bir yoxlama görüşünə də çıxsın.
