29 iyun 2013 14:44
DÇ-yə hazırlaşan millimiz məşq etməyə meydança tapa bilmir!
Bakıda keçiriləcək hərbçilər arasında dünya çempionatına hazırlaşan Azərbaycan yığması xoşagəlməz aqibətlə üzləşib. Azerisport.az xəbər verir ki, komandamız iki gündü məşq etməyə meydança tapa bilmir.
Buna səbəb turnirin təşkilatçıları ilə “Neftçi”nin keçmiş bazasının rəhbərliyi arasında imzalanmış icarə müqaviləsinin vaxtının bitməsidi. Bu üzdən Nazim Süleymanovun yetirmələri həm ötən gün axşama, həm də bu gün səhərə nəzərdə tutulan məşqə çıxa bilməyiblər.
Komandamızın hərbi hissələrdən birində məşq etməsi istisna olunmur. Hazırda yığmamızın “Dalğa Arena”da məşq etməsi üçün danışıqlar aparılır.
