29 iyun 2013 15:01
Nazim Süleymanov: Mən elə bilirdim ki, yığma üçün hər cür şərait yaradılacaq, amma...
Hərbçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- Bakıda keçiriləcək hərbçilər arasında dünya çempionatına hazırlıqlar necə gedir?
- Təəssüf ki, çoxlu sayda problemlərimiz var. Düzdü, mən Azərbaycan vətəndaşıyam, bu yığmanı çalışdırmağı mənə həvalə etdikləri üçün çox qürur duyuram. Amma mən bu komandaya qarşı belə münasibət göstəriləcəyini gözləmirdim.

- Problem nədədi?
- Heç bir şərait, diqqət yoxdu. Mən bu işə razılıq verəndə düşünürdüm ki, biz normal hazırlıq keçə biləcəyik və DÇ-də qarşıya qoyulan vəzifəyə nail olacağıq.

- Bəs əslində necədi?
- Əslində isə hər şey başqa cürdü. Qarşımıza konkret hədəf qoyulmayıb. Sadəcə deyiblər ki, 1/4 finala çıxa bilsək, bunu uğur saymaq olar. Amma biz daha yaxşı nəticə qazanmağa çalışacağıq.

- Bəs belə münasibətə futbolçuların reaksiyası necədi?
- Onlar da hər şeyi başa düşürlər. Mənə heç bir etiraz bildirməyiblər. İnanıram ki, onlar məni utandırmayacaqlar.

- Bəhreyn və Omana qarşı yoxlama oyunları keçirdiniz. Bu görüşlərlə bağlı nə deyə bilərsiz?
- Omanın dörd futbolçusu əsas yığmanın üzvləridi. Onlar bu turnirə qədər bir neçə toplanış keçiriblər. Bizdə isə heç heyəti tam bir araya gətirə bilməmişik. Məsələn, “Neftçi”dən Ruslan Qurbanovu heyətə qatmaq üçün klubun vitse-prezidenti Tahir Süleymanovla danışdım. Lakin o, birbaşa iyulun 2-də keçirəcəyimiz oyuna gələcək. Yəni komanda ilə birgə hazırlıq keçə bilməyəcək. Halbuki, elə qarşılaşdığımız Bəhreyn yığması bu turnirə ilin əvvəlindən hazırlaşır. Biz isə cəmi 10 gündü bir yerdəyik. 10 günə toplanan komandadan nə gözləmək olar?

- Kamran Ağayev də yığmaya kömək edə bilməyəcək...
- Bəli. O, Cavid Hüseynov və Elvin Məmmədov iyunun əvvəlində yığmanın heyətində oyuna çıxmışdı. Bu üzdən onlara istirahət verməyi qərara aldıq. Lakin Ağayevin zədəli olduğu müəyyənləşdi və o, müalicəyə yollandı. Ümumiyyətlə, mən belə hesab edirəm ki, iyul ayı bu cür turnirlərin keçirilməsi üçün heç də münasib vaxt deyil.
- Rəqiblərin oyunlarını izləməmisiz?
- İraqla Omanın oyununu izlədim. Bizimlə bir qrupda yer alan İraq yığmasının oyunu çox xoşuma gəldi. Onlar hücum futbolu oynayırlar, futbolçuları bir-birini çox yaxşı başa düşürlər.

- Futbolçular bu turnirlə əlaqədar klublarının düşərgəsinə gec qoşulacaqlar. Buna görə narazılıq yoxdu?
- Əlbəttə, onlar da istərdilər ki, komandalarına vaxtında qoşulsunlar. Lakin bu oyunların da vacibliyini başa düşürlər. Ümid edirəm ki, bütün problemlərə rəğmən, komanda yaxşı nəticə göstərə biləcək.