29 iyun 2013 15:22

Böyükağa Hacıyev: Yeni gələn hücumçular Kanlesin yoxluğunu unutduracaq

Xəbər verdiyimiz kimi, “Neftçi” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Volqa” klubu ilə qarşılaşan “ağ-qaralar” minimal hesablı məğlubiyyətlə üzləşib.
 
Oyundan sonra “Neftçi”nin baş məşqçi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib: “Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanlesin yoxluğunu unutduracaq. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq”.
 
Xatırladaq ki, “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 17-də, cavab görüşü ayın 23-də baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.