29 iyun 2013 15:55
Millimizin futbolçusu oynadı, komandası 14 qol vurdu
Almaniyanın “Hannover” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ali Gökdemirin çıxış etdiyi komanda həvəskar “Berenbostel”i sınağa çəkib.
Oyun “Hannover”in 14:0 hesalı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana 46-cı dəqiqədə çıxıb və Manuel Şkmadebaxı əvəzləyib.
Qeyd edək ki, “Hannover” bu gün “Krehenvinkel Kaltenvayde”nı sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
