29 iyun 2013 15:37
Toşak Zohair Benuahi ilə risk etmək istəmir
“Xəzər Lənkəran” bu gün Almaniyadakı təlim-məşq prosesi çərçivəsində son hazırlığına çıxıb. Azerisport.az xəbər verir ki, ötən gün yerli “İnqolştadt” ilə yoxlama matçında 90 dəqiqə meydanda olmuş futbolçular sadəcə qaçışla kifayətləniblər.
Zohair Benuahi də ümumi hazırlıqlarda iştirak etməyib. Baş məşqçi Con Toşak dünənki sınaq matçında zədələnən futbolçu ilə bağlı risk etmək istəmir.
Qeyd edək ki, bu gecə “Xəzər Lənkəran” Almaniyadan Maltaya yollanacaq. Komandamızı burda Avropa Liqasının ilkin təsnifat mərhələsindəki rəqibi “Sliema” ilə oyun gözləyir. “Ağ-yaşıllar” Avroliqanın start matçına qədər bu ölkədə iki məşqə çıxmağı planlaşdırır.
