30 iyun 2013 18:54
Əli Gökdəmir Hannoverlə daha bir qələbə qazandı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Almaniyanın “Hannover” klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bundesliqa klubu yerli “TSV Krähenwinkel/Kaltenweide” komandası ilə qarşılaşıb.
Görüş Gökdəmirin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın üzvü 46-cı dəqiqədə oyuna qoşulub. Həmin vaxt hesab 1:1 olub və komandası qələbə qolunu Gökdəmirin meydanda olduğu dəqiqələrdə vurub.
