30 iyun 2013 19:08
“İnteri keçməyimiz çətindi, amma tamamilə mümkündü”
Finlandiyanın “Mariehamn” klubunun direktoru Peter Soderal Avropa Liqasının ilk təsnifat mərhələsində Azərbaycanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Etiraf etməliyəm ki, bizim “İnter” haqqında elə də geniş informasiyamız yoxdu. Amma əminəm ki, rəqib yaxşı komandadı. Əgər klubları müqayisə etsək, sizin komanda daha güclüdü. Hər halda “İnter” püşkatma zamanı da bizdən fərqli “səpələnmişlər” sırasında yer almışdı. Üstəlik, “Qarabağ”ın “Honka” üzərindəki qələbəsini də unutmamışıq. Amma hər şeyə rəğmən, bizim “İnter”i keçmək şansımız var. Bu, nə qədər çətin olsa da, tamamilə mümkündü”.

Soderal Bakıdakı hava şəraitinə də toxunub: “Bakıda oynamaq bizə çox çətin olacaq. Eşitmişəm ki, yayda sizdə çox isti olur. Bu, bizim uşaqlara əlavə çətinliklər yarada bilər”.