1 iyul 2013 00:01
Elhad Nəziri start heyətdə meydana çıxdı, Petrolul Partizana uduzdu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz komandasının Sloveniya toplanışı çərçivəsində Serbiya “Partizan”ı ilə sınaq matçının iştirakçısı olub.
Qarşılaşma 1:0 hesabıyla serblərin xeyrinə başa çatıb. Hesabı 36-ci dəqiqədə “Partizan” açıb və bu hesab sona qədər dəyişməz qalıb.
Elhad meydana start heyətində çıxıb. O, matçın 58-ci dəqiqəsində digər oyunçu ilə əvəzlənib.
Xatırladaq ki, Nəziri bundan öncə keçirilən Sloveniya “Maribor”u ilə oyunda (1:1) da ikinci hissədə 45 dəqiqə forma geymişdi.
