1 iyul 2013 00:14

Neftçi yeni qapıçı transfer etdi (FOTO)

Azərbaycanı bu mövsüm də Çempionlar Liqasında təmsil edəcək “Neftçi” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, serb Saşa Stamenkoviçə layiqli əvəzləyici axtaran bakılılar istəyinə çatıblar.
 
Paytaxt klubu son iş yeri Liepaya “Metallurg”u olan Pavel Doroşevi düşərgəyə dəvət edib. Futbol azarkeşlərinin “Qəbələ”dən yaxşı tanıdığı Paşa hazırda Avstriyadadı. O, hətta Almaniyanın "Wacker Burghausen" klubu ilə yoxlama matçının ikinci hissəsində meydanda olub.
 
Qəbələ təmsilçisinin qapısını qoruduğu dönəmdə özü haqqında müsbət fikir formalaşdıran Latviya millisinin qolkiperi Azərbaycan çempionuna azad agent statusuyla keçib. Təcrübəli əlcək sahibi ilə yaxın günlərdə müqavilə bağlanacaq.
 
Qeyd edək ki, Doroşev 2012-ci ildən çıxış etdiyi Liepaya “Metallurg”unda 32 oyuna çıxıb. Pavel karyerasına 2000-ci ildə “Skonto”da başlayıb (2000-2001, 2 oyun). Daha sonra “Daugava” (2001-2002, 27 oyun), “Dinaburg” (2003, 13 oyun), “Jurmala” (2004, 17 oyun) və “Riqa”da (2004, 7 oyun) forma geyən qapıçı 2005-ci ildə “Skonto”ya dönərək 3 il doğma komandasının uğurları üçün çalışıb (50 oyun). 2009-cu ildə “Qəbələ”yə transfer olunan Pavel 2012-yədək 90 oyunda meydana çıxıb.
 
Doroşev Latviya millisinin üzvüdü. 2012-ci ildə ilk dəfə yığmaya çağırılan qolkiper mayın 22-də Polşa ilə baş tutan matçda debüt edib. O, yığmanın son oyununda – iyunun 7-də Bosniya və Hersoqovina ilə qarşılaşmada da heyətdə yer alıb. Bundan öncə isə Türkiyə ilə 3:3 hesabıyla bitən yoldaşlıq görüşündə baş məşqçi “çərçivə”ni Pavelə tapşırmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.