1 iyul 2013 00:27
Xəzər Lənkəran Sliema ilə ilk oyuna Benuahisiz çıxa bilər
“Xəzər Lənkəran” Avropa Liqasının birinci təsnifat mərhələsinin “Sliema” (Malta) ilə ilk oyununa ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın yeni transferi Zohair Benuahinin bu görüşdə forma geyməmək ehtimalı yaranıb.
Buna səbəb onun Almaniyanın “İnqoltadt” ilə yoxlama oyununda aldığı zədə səbəb göstərilir. Ötən axşam komanda Maltada ilk məşqinə çıxıb. Mərakeşli futbolçu bu məşqdə ayağında ağrılar hiss edib. Bu üzdən mümkündü ki, baş məşqçi Con Toşak onu ilk oyunda meydana buraxmasın. Benuahinin “Sliema” ilə səfər matçında iştirakı hələlik sual altındadı.
