1 iyul 2013 00:55
Eddi İsrafilov Real Murcia ilə yeni müqavilə imzalayır
Futbol üzrə Azərbaycan yığmasına namizəd futbolçulardan olan Eddi İsrafilov böyük ehtimalla karyerasını İspaniyanın “Real Murcia” klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrafilov Rusiya, Azərbaycan, eləcə də daha bir neçə ölkə klubundan təklif alsa da, indiki klubunda qalmaqda maraqlıdı.
İspan həmkarlarımızın iddiasına görə, Eddi tezliklə “Real Murcia” ilə müqavilə imzalayacaq. Yeni anlaşmanın 2015-ci ilə qədər olacaq.
