30 iyun 2013 11:21
Melvin Platye: Mən böyük kluba keçirəm
Azərbaycan çempionu “Neftçi”nin heyətinə qatmaq üzrə olduğu hollandiyalı hücumçu Melvin Platye bu keçidlə əlaqədar Hollandiya mətbuatına müsahibə verib. Azerisport.az sizi “Nijmegen” klubunun 24 yaşlı forvardının müsahibəsi ilə tanış edir.
- Kim düşünə bilərdi ki, Melvin Platye Bakıya gedə bilər?
- Mən böyük kluba keçirəm.
- Bunu hardan bilirsiz?
- Bunu mənə “Neftçi”nin prezidenti söyləyib. Bu, hər şeyi müəyyənləşdirdi. Qalan hər şey çox tez baş verdi. Onlar mənim bu komandaya keçməyimdə çox maraqlı idilər. Bunu biləndən sonra bu klub barədə informasiya toplamağa başladım. “Neftçi” son üç ildə ardıcıl olaraq çempion olur. Komandanı tezliklə Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları gözləyir.

- Deməli, Platyeni Lionel Messiyə qarşı görmək imkanımız var?
- Bu, mümkündü. Özü də bu, həqiqətən çox yaxşı olardı. Mən artıq Avstriyaya yollanmışam. Hansı ki, yeni komandam burda təlim-məşq toplanışındadı. Biz orda Albaniya çempionu “Skenderbeu” ilə görüşlərə hazırlaşacağıq. Böyük ehtimalla bu komandaya qalib gələcəyik.

- Azərbaycan haqda nəsə eşitmisiz?
- Bəs siz nəsə bilirsiz?
- Bəs siz nəsə bilirsiz?
- Eşitdiyimizə görə, siz orda çoxlu qazanc əldə edə biləcəksiz...
- Bəli, maliyyə cəhətdən də diqqətçəkəndi.
- Çox?
- Çox sərfəli qiymətdi.
- Çox sərfəli qiymətdi.
- Bəs Azərbaycandakı yaşayış haqda nə bilirsiz? Orda yaşaya biləcəksiz?
- Mənim dostum Azərbaycanda olmuşdu. Bildirdi ki, ora çox gözəldi və orda yaşamaq olar. Bakı ölkənin paytaxtıdı.