1 iyul 2013 01:04
Xəzər Lənkəranın Sliema ilk matçını Mübariz Mənsimov da izləyəcək
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltada keçiriləcək “Sliema” – “Xəzər Lənkəran” matçını cənub klubunun fəxri prezidenti Mübariz Mənsimov da canlı izləyəcək. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın başqanı bu məqsədlə sözügedən ölkəyə yollanacaq.
Mənsimov yeni baş məşqçi Con Toşakın rəhbərliyi altında ilk avrokubok sınağını canlı izləmək fikrindədi.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” görüşü iyulun 2-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
