30 iyun 2013 12:15
Platye artıq Neftçi ilə birgə məşq edir
Hollandiyanın “Nijmegen” klubunun hücumçusu Melvin Platye artıq “Neftçi”nin düşərgəsindədi. Azerisport.az xəbər verir ki, komandanın Avstriyadakı toplanışına qatılan futbolçu artıq Böyükağa Hacıyevin rəhbərliyi altında iki məşqə də çıxıb.
24 yaşlı Platye ilə rəsmi müqavilə isə gələn həftənin ilk günlərində imzalanacaq. Bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
“Neftçi”nin Platye ilə 2+1 şərti ilə müqavilə bağlamaq istədiyini də qeyd edək.
