30 iyun 2013 12:39
Barcelonanın daha bir sabiq oyunçusu Azərbaycandan təklif alıb (FOTO)
İspaniyanın “Las Palmas” klubunun forvardı Xesus Rodriqes Tato karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
30 yaşlı hücumçunun Premyer Liqa klublarımızın birindən sərfəli təklif aldığı bildirilir. Amma həmin klubun adı çəkilməyib.
Bu təklif üzündən “Las Palmas” öz hücumçusunu heyətində saxlamaqda çətinlik çəkir. Çünki eyni maliyyə şərtlərini Tatoya təklif edə bilmir.
Hazırda bu hücumçunun karyerasını harda davam etdirəcəyi bilinmir. Onu da vurğulayaq ki, “Las -Palmas” İspaniyanın Sequnda divizionunda çıxış edir.
Qeyd edək ki, 1983-cü ildə anadan olmuş Tato “Barcelona”nın C, “Murcia”nın B komandasında, eləcə də “Murcia”, “Lleida”, “Ceuta”, “Cartagena”, “Albacete” və “Xerez”də forma geyinib.
