30 iyun 2013 22:50
Neftçi Almaniya klubunu darmadağın etdi (YENİLƏNİB)
Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə “Wacker Burghausen” klubu ilə görüşdə sınayıb.
Qeyd edək ki, “Wacker Burghausen” Almaniya klubudu. Sözügedən komanda bu ölkənin gücünə görə üçüncü Bundesliqasında çıxış edir. "Neftçi" bu rəqibini darmadağın edib.
Maraq üçün xatırladaq ki, “Neftçi” bundan öncə Rusiyanın “Volqa” klubu ilə qarşılaşmış və 0:1 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
30 iyun
Neftçi – Wacker Burghausen - 3:0
Qollar: Cavid İmamverdiyev, 22, Bahodir Nasimov, 59, Nicat Qurbanov, 60.
22-ci dəqiqədə "Neftçi" hesabı açır - 1:0
59-cu dəqiqədə komandamız ikinci qolu vurur - 2:0
60-cı dəqiqədə "ağ-qaralar" hesabı darmadağın həddinə çatdırır - 3:0
