30 iyun 2013 13:38
AZAL Rəvanı darmadağın etdi
Növbəti mövsümə hazırlıqları davam etdirən AZAL və “Rəvan” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışı keçən bu iki paytaxt təmsilçisi bir-biri ilə üz-üzə gəlib.
“Təyyarəçilər” bu görüşdə darmadağına imza atıblar. Vaqif Sadıqovun yetirmələri “aslanlar”ı 3:0 hesabıyla məğlub edib.
“Rəvan”ın qapısından qolları Vladimir Boqdanoviç (12-ci dəqiqə), Viktor İqbekoyi (65) və Fərid Quliyev keçirib.
