30 iyun 2013 14:12

Rasim Ramaldanov: İlk oyunda sərfəli nəticə qazanmağa çalışacağıq

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran” Almaniya toplanışını başa vurdu. Hazırlıqlar barədə nə deyə bilərsiz?
- Komanda demək olar ki, avrokuboklara hazırdı. Maltada daha iki məşqimiz nəzərdə tutulub. Bu məşqlərdən sonra artıq oyun saatını gözləməyə başlayacağıq. Ümid edirəm ki, evə yaxşı nəticə ilə qayıda biləcəyik.
 
- “Sliema” ilə oyun öncəsi komandada atmosfer necədi?
- Bu oyuna ciddi hazırlaşırıq. Bunu məşqlərdən də görmək olar. Elə yoldaşlıq oyunu da göstərdi ki, komandada köklənmə yaxşı vəziyyətdədi. Bütün diqqətlərimiz Avroliqadakı ilk oyunumuza yönəlib.
 
- “Sliema”nı tamamilə keçiləsi rəqib adlandırırlar və artıq hamı növbəti rəqibdən – Hayfa “Maccabi”sindən danışır. Bu, futbolçularda arxayınlıq yaratmaz ki?
- Bu, düz deyil. Bizi heç necə rəqib gözlədiyini özümüz də bilmirik. Bu üzdən rəqibi qiymətləndirməmək bizim tərəfimizdən səhv addım olar. Biz meydana güclü rəqiblə qarşılaşmaq üçün çıxacağıq. Fikrimcə, əsas heyətdə meydana çıxacaq bütün futbolçular belə düşünəcəklər.
 
- Almaniyanın “İnqolştadt” klubu ilə yoxlama matçının ikinci hissəsində meydana çıxdınız. Maltada əsas heyətdə oynayacağınıza inanırsız?
- Bunu hələ bilmirəm. Hər şeyə baş məşqçi qərar verəcək. Avrokuboklarda oynamağı çox istəyirəm. Bunu kim istəməz ki? Məncə, kimlər Con Toşakın etibarını qazana bilibsə, onlar da oynayacaqlar. Məni belə fikirlər narahat etmir. Mən məşqlərimi edib, özümü göstərməyə çalışacağam.
 
- Sizin bu baxımdan əsas rəqibləriniz Alvaro Silva ilə Adrian Skartlatakedi...
- Rəqabət həmişə futbolçuların xeyrinə olan amildi. Mən əksinə buna görə şadam. Heç nədən qorxmuram. Mənim vəzifəm özümü yaxşı tərəfdən göstərməkdi.
 
- “Sliema” ilə oyuna qayıdaq. Sizi səfərdə hansı nəticə qane edəcək?
- Sərfəli nəticə qazanmağa çalışacağıq. Əlbəttə, qələbə qazanıb, cavab oyunu öncəsi cütün taleyini həll etmək daha yaxşı olardı.
 
- Azərbaycan klubları ilk dəfə Malta səfərinə yollanır. Bu ölkə haqda nə deyə bilərsiz?
- Malta İtaliyadan elə də uzaqda olmayan bir ölkədi. Mən özüm də ilk dəfədi bura uçuram. Görəcəyik.
 
- “Xəzər Lənkəran” burda bir həftə qalmalıdı...
- Bura səfər etməkdə əsas məqsədimiz avrokuboklarda ilk oyunumuza çıxmaqdı. Hazırda ilk növbədə bunu düşünürük. Biz Maltaya gəzməyə, turist kimi getmirik. Heç görüşdən sonra bizə istirahət və gəzmək üçün icazə veriləcəyini də bilmirik. Əgər verilsə, o başqa məsələ.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.