30 iyun 2013 14:43
Sloveniyalı yarımmüdafiəçi: Azərbaycandan çox sərfəli təklif almışdım
Sloveniyalı yarımmüdafiəçi Rok Elsner karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu özü məlumat verib.
Artıq Yunanıstanın “Aris” klubu ilə müqavilə imzalayan Polşa “Slask”ının sabiq orta sahə oyunçusu bunları söyləyib:
“Mən “Aris”dəki ilk məşqimdəcə təsirləndim. Ona görə də qərarımı bu klubun lehinə verdim. Halbuki, mən Azərbaycandan da təklif almışdım. Özü də o, maliyyə baxımından daha sərfəli idi. Serbiya “Partizan”ı da mənimlə maraqlanırdı”.