30 iyun 2013 15:01
Eddi İsrafilovun komandası Sequndaya qaytarıla bilər
Futbol üzrə Azərbaycan yığmasına namizəd olan Eddi İsrafilovun klubu – “Real Murcia” İspaniyanın Sequnda Liqasında qala bilər. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Son mövsümün nəticələrinə görə, “Real Murcia” Sequndadakı yerini qoruya bilmədi və İspaniyanın gücünə görə üçüncü liqasına düşdü. Lakin buna baxmayaraq, komanda yeni mövsümdə də elə Sequndada mübarizə aparmaq şansı əldə edib.
Məsələ burasındadı ki, Sequnda Liqada müabrizə aparan klublardan biri – “Guadalajara” Nizam-İntizam Komitəsinin qərarı ilə bu turnirdə mübarizə aparmaqdan məhrum edilə bilər. Belə olan halda Sequndada çıxış etmək məhz “Real Murcia”ya qismət olacaq. Çünki komanda son mövsümü 22 klub arasında 19-cu yerdə başa vurub.
