1 iyul 2013 04:50
Braziliya çempion, İtaliya 3-cü oldu (YENİLƏNİB)
Bu gün FİFA Konfederasiyalar kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, həlledici gündə iki görüş baş tutub.
Öncə üçüncü yer uğrunda oyun keçirilib. Bürünc medallar uğrunda görüşdə Uruqvay və İtaliya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda növbəti qol olmayınca, qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan italyanlar bürünc medallara sahib çıxıblar.
Final matçında isə Braziliya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsiylə başa çatıb.
Konfederasiyalar Kuboku
30 iyun
Üçüncü yer
Uruqvay - İtaliya - 2:2 (penaltilərlə 2:3)
Qollar: Kavani, 58; 78 - Astori, 24, Diamanti, 73.
Final
Braziliya – İspaniya - 3:0
Qollar: Fred, 2; 48, Neymar, 44.
