1 iyul 2013 02:31

Sliemanın baş məşqçsi: XL bizimlə oyunun favoritidi

Maltanın “Sliema” klubunun baş məşqçisi Alfonso Qreko Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

“Məni ilk növbədə öz komandamın oyunu maraqlandırır. Biz hər oyunda inkişaf etməliyik. Yetirmələrimin həm fərdi, həm də kollektiv oyunda inkişaf etməsini görmək istəyirəm. Şübhəsiz ki, “Xəzər Lənkəran”la qarşılaşma bizim üçün çox ciddi sınaqdı. Amma rəqibin çox güclü olmasına baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, onlar bu oyunda rahat nəfər ala bilməsinlər”.
 
Rəqib həmkarından danışan Qreko bunları dilə gətirib: “Con Bencamin Toşak böyük fiqurdu. Onun böyük təcrübəsi var. Onunla yanaşı “Xəzər Lənkəran”ın heyətində yaxşı oyunçular da var. Bütövlükdə, Azərbaycan təmsilçisi ciddi rəqibdi”.
 
“Sliema”nın çalışdırıcısı etiraf edib ki, “Xəzər Lənkəran”ın növbəti mərhələyə adlamaq şansları daha çoxdu: “Xəzər Lənkəran”ın bu cütün favoriti olması ilə bağlı mübahisə etmirəm. Amma bizim də qarşımıza Avroliqanın növbəti mərhələsinə adlamaq vəzifəsi qoyulub. Bütün gücümüzlə buna nail olmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.